Teleradio Akademiyasının ilk buraxılışı olub

27 İyun, 15:30 Sosial mediada paylaşın:

Bu gün Teleradio Akademiyasında müdavimlərlə vida mərasimi keçirilib. Akademiyanın rektoru Faiq Hüsiyev, müəllimlər - Sevinc Məmmədova, Cavanşir Cahangirov, Əlimürsəl Hacızadə, Aliyə Hacıyeva, Rafiq Quliyev, Nəriman Şıxəliyev, Cəmil Fərəcov iki ay ərzində Akademiyanın ailə üzvlərinə çevrilmiş gəncləri dinləyici kursunun başa çatması münasibətilə təbrik etdilər, onlara xeyir-dua verdilər.

Müdavimlər isə həyatlarında mühüm dəyişikliyə səbəb olmuş belə kursun təşkil edilməsinə görə AzTV-nin və Teleradio Akademiyasının rəhbərliyinə, eləcə də onlara teleradionun sirlərini öyrədən əziz ustadlarına minnətdarlıqlarını bildirdilər.

Yolunuz açıq olsun, əziz müdavimlər!