“ASAN xidmət”in 34 milyonuncu vətəndaşı

“ASAN xidmət”in 34 milyonuncu vətəndaşı

14 Noyabr, 14:00 Sosial mediada paylaşın:

“ASAN xidmət”ə 34 milyonuncu vətəndaş müraciəti qeydə alınıb.

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin ictimaiyyətlə əlaqələr şöbəsindən AZTV.AZ-a bildiriblər ki, bu müraciət 3 saylı Bakı "ASAN xidmət" mərkəzinə Günay Əliyeva tərəfindən edilib. O, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi tərəfindən həyata keçirilən məhkumluq barədə arayışların verilməsi xidmətindən yararlanıb.

Otuz dörd milyonuncu müraciətin sahibi kimi Günay Əliyeva təşəkkürnamə və simvolik hədiyyələrlə mükafatlandırılıb.

Hazırda ölkəmizdə 15 “ASAN xidmət” mərkəzi fəaliyyət göstərir. Onlardan 5-i paytaxt Bakı şəhərində olmaqla, digərləri Sumqayıt, Gəncə, Sabirabad, Bərdə, Qəbələ, Masallı, Quba, Mingəçevir, İmişli və Şəkidədir. Bundan başqa, regionlarda 10 Səyyar “ASAN xidmət” avtobusu və Səyyar ASAN qatar vasitəsilə vətəndaşlara səyyar formada xidmətlər göstərilir.

Həmçinin Bakı şəhərində əhaliyə kommunal sahədə xidmətlər göstərən 2 “ASAN Kommunal” mərkəzi fəaliyyətdədir.

CANLI YAYIM