10 ölkədən 60 şirkət - Beynəlxalq Ətraf Mühit Sərgisi başlayıb

10 ölkədən 60 şirkət - Beynəlxalq Ətraf Mühit Sərgisi başlayıb

14 Noyabr, 13:05 Sosial mediada paylaşın:

Bakı Ekspo Mərkəzində “Caspian Ecology” - X Yubiley Azərbaycan Beynəlxalq Ətraf Mühit Sərgisi açılıb.

AZTV.AZ xəbər verir ki, sərginin əsas məqsədi dünyanın diqqətini ətraf mühitin çirkləndirilməsinin qarşısının alınmasına yönəltməkdir.

Sərgidə 10 ölkədən 60 şirkət iştirak edir. İştirakçı şirkətlərin əsas diqqət yetirdiyi məsələ ətraf mühitin qorunmasına töhfə verməklə bərabər, həm də biznes subyektlərini formalaşdırmaqdan ibarətdir. Bu şirkətlər biznes subyekti yaratmaqla təbiətdəki nemətlərin azaldılmasının qarşısını almış olur, eyni zamanda təbiətin balanslaşdırılmasında iştirakçıya çevrilirlər.

Qeyd edək ki, Beynəlxalq Ətraf Mühit Sərgisi 10 ildir fəaliyyət göstərir. Bu müddət ərzində dünyanın 15 ölkəsindən 500-dən çox şirkət bir araya gəlib.

Sərgi noyabrın 16-dək davam edəcək.

CANLI YAYIM