Peruda avtobus dərəyə aşdı: 19 ölü

Peruda avtobus dərəyə aşdı: 19 ölü

13 Noyabr, 10:45 Sosial mediada paylaşın:

Perunun şimalında ağır yol-nəqliyyat hadisəsi baş verib.

Otusko vilayətində avtobusun yoldan çıxaraq dərəyə yuvarlanması nəticəsində 19 nəfər həlak olub, 20-dən çox adam xəsarət alıb. Yaralılar arasında vəziyyəti ağır olanlar da var.

Qəzanın səbəbləri dəqiqləşdirilir.

Ötən ay ölkənin cənubundakı Kusko regionunda qeydə alınan avtobus qəzasında 23 nəfər həlak olmuşdu.

CANLI YAYIM