Orta ixtisas təhsili müəssisələrinə ərizə qəbulu sistemi yenidən aktivləşdirilib

Orta ixtisas təhsili müəssisələrinə ərizə qəbulu sistemi yenidən aktivləşdirilib

27 İyun, 10:57 Sosial mediada paylaşın:

Ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə (kolleclərə) ərizə qəbulu 2019-cu il fevralın 22-dən martın 11-dək aparılıb. Bu müddət ərzində qeydiyyatdan keçməyən, lakin buraxılış imtahanlarının hər iki mərhələsində iştirak edərək orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq üçün tələb olunan müsabiqə şərtlərini ödəyən abituriyentlər iyunun 27-dən avqustun 5‑dək “ekabinet.dim.gov.az” internet səhifəsində “Şəxsi kabinet” yaratdıqdan sonra müvafiq istifadəçi adı və paroldan istifadə etməklə “Abituriyentin elektron ərizəsi” formasını doldurub təsdiqləyə bilərlər.

Dövlət İmtahan Mərkəzindən bildirilib ki, 9 illik bazada kolleclərin ixtisas seçiminə ümumi balı (hər iki mərhələ üzrə) 50‑dən, Azərbaycan (rus) dili fənni üzrə balı 20-dən və riyaziyyat fənni üzrə balı 10-dan az olmayan abituriyentlər buraxılır. Xüsusi qabiliyyət tələb edən ixtisasların müsabiqəsində fənlər üzrə bal məhdudiyyəti tətbiq olunmur. İxtisas seçimi iyulun 24-dən avqustun 5-dək aparılacaq.

CANLI YAYIM