Bakının iki rayonunun icra başçısı dəyişdi - SƏRƏNCAM

Bakının iki rayonunun icra başçısı dəyişdi -SƏRƏNCAM

12 Noyabr, 12:55 Sosial mediada paylaşın:

Prezident İlham Əliyev Əziz İmran oğlu Əzizovun Bakı şəhəri Yasamal Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilməsi ilə bağlı Sərəncam imzalayıb.

Ölkə başçısının digər Sərəncamı ilə o, Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.

Prezident İlham Əliyevin digər Sərəncamına əsasən, Elşad Eldar oğlu Həsənov Bakı şəhəri Yasamal Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.

Məlumat üçün bildirək ki, Elşad Həsənov Milli Məclisin deputatıdır. O, 17 saylı Yasamal üçüncü seçki dairəsindən deputat seçilib.

CANLI YAYIM