Prezident daha iki rayonun icra başçısını vəzifədən azad edib - YENİ TƏYİNAT

Prezident daha iki rayonun icra başçısını vəzifədən azad edib -YENİ TƏYİNAT

12 Noyabr, 12:42 Sosial mediada paylaşın:

Prezident İlham Əliyev Zərdab Rayon İcra Hakimiyyətinin başçısını vəzifədən azad edib.

Sərəncama əsasən, Lütvəli Babəli oğlu Babayev Zərdab Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib.

Ölkə başçısının digər sərəncamı ilə Mərdan Talıb oğlu Camalov Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib. O, Zərdab Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.

CANLI YAYIM