“Bakı-2019” XV Avropa Gənclər Yay Olimpiya Festivalına 25 gün qalıb

27 İyun, 10:53 Sosial mediada paylaşın:

İyunun 26-da Dənizkənarı Milli Parkda “Bakı-2019” XV Avropa Gənclər Yay Olimpiya Festivalının başlamağına 25 gün qalması münasibətilə fitness sessiya təşkil edilib.

Festivalda ən aktiv iştirakçılara AGOF “Bakı-2019”un rəsmi tərəfdaş və dəstəkçiləri tərəfindən xüsusi hədiyyələr təqdim olunub.

Tədbirin əsas məqsədi əhalinin festival haqqında məlumatını artırmaq, eləcə də gəncləri idmana və sağlam həyat tərzinə dəvət etməkdir. “Bakı-2019” XV Avropa Gənclər Yay Olimpiya Festivalı könüllülərinin ulduz səfirləri də tədbir zamanı hamını yarışlara dəvət edib və yarış iştirakçılarına azarkeşlik ediblər.

Paytaxt sakinləri və şəhərimizin qonaqları tərəfindən maraqla qarşılanan tədbir Dj-lərin musiqisi ilə davam edib.

Xatırladaq ki, Avropa Gənclər Yay Olimpiya Festivalı iyulun 21-27-də Bakıda keçiriləcək. Yarışlarda iştirak etmək üçün Azərbaycana 3600-dən çox idmançı və texniki nümayəndə heyəti gələcək. Atletlər idmanın on növü - gimnastika, atletika, basketbol, velosiped idmanı, həndbol, cüdo, üzgüçülük, tennis, voleybol və güləş yarışlarında qüvvələrini sınayacaqlar. Festival zamanı 12 idman obyektində 2500-dən çox könüllü fəaliyyət göstərəcək.