“Prezident və xanımı ilə birlikdə ağac əkdik... Çox şadam” - REPORTAJ

“Prezident və xanımı ilə birlikdə ağac əkdik... Çox şadam” - REPORTAJ

12 Noyabr, 11:45 Sosial mediada paylaşın:

Xəbər verdiyimiz kimi, Heydər Əliyev Fondu tərəfindən Bakının Xətai rayonunda salınan yeni “Gənclik” parkında “Təbiət naminə birləş, Həyat naminə birləş!” layihəsi çərçivəsində ağacəkmə aksiyası keçirilib.

Layihə üzrə Bakıda və respublikanın müxtəlif rayonlarında ağacəkmə aksiyalarının təşkili nəzərdə tutulub. Ağacəkmə aksiyasından əvvəl burada müvafiq iməcilik aparılıb, ətraf müxtəlif tullantılardan təmizlənib. Layihə ətraf mühitin mühafizəsinin vacibliyini insanların, xüsusilə gənc nəslin diqqətinə çatdırır və onları ekoloji problemlərə qarşı mübarizədə birgə fəaliyyətə səsləyir.

Aksiyada tanınmış incəsənət nümayəndələri də iştirak ediblər.

Parkdakı aksiyada ağacların əkilməsi, sulanması, ərazinin zibil və tullantılardan təmizlənməsi ilə yanaşı, ərazidə quş yuvaları və yem qabları da quraşdırılıb.

Aksiya çərçivəsində ərazidə müxtəlif əyləncə və musiqili proqramlar, yarışlar da təşkil olunub.

Vəfa Ağabalayeva

 

CANLI YAYIM