Hirkan milli parkında ilk veloyürüş

Hirkan milli parkında ilk veloyürüş

12 Noyabr, 11:01 Sosial mediada paylaşın:

Azərbaycanın Dövlət Bayrağı və Konstitusiya günləri ilə əlaqədar noyabrın 11-də Hirkan milli parkında “Velosiped sürək, ətraf mühiti qoruyaq” devizi altında ilk veloyürüş keçirilib.

AZTV.AZ xəbər verir ki, yürüşdə Azərbaycan Velosiped İdmanı Federasiyasının, Respublika Olimpiya Velosiped Məktəbinin nümayəndələri və həvəskar velosipedçilər iştirak ediblər. 344 velosipedçinin qatıldığı tədbirdə 10 km məsafə qət olunub.

Hirkan milli parkının direktoru Azər Mirzəyev jurnalistlərə açıqlamasında bildirib ki, veloyürüşün keçirilməsində məqsəd milli parklarda ekoturizmin inkişafına nail olmaq, insanları ətraf mühitin qorunması, sağlamlaşdırılması tədbirlərinə dəstək olmağa çağırmaq, sağlam həyat tərzini və sağlam istirahət günü ənənəsini təbliğ etməkdir.

CANLI YAYIM