Dövlət Bayrağı Günü Niderlandda da qeyd olunub

Dövlət Bayrağı Günü Niderlandda da qeyd olunub

10 Noyabr, 12:34 Sosial mediada paylaşın:

Niderlandda fəaliyyət göstərən Azərbaycan-Türk Mədəniyyət Dərnəyi Dövlət Bayrağı Günü münasibətilə tədbir təşkil edib.

AZTV.AZ xəbər verir ki, tədbirdə çıxış edən Dərnəyin sədri İlhan Aşkın Azərbaycanın dövlət bayrağının tarixindən danışıb. O bildirib ki, ilk dəfə 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən təsis olunmuş üçrəngli bayraq 1920-ci ildə sovet hakimiyyəti qurulduqdan sonra dəyişdirildi. XX əsrin sonunda Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin təşəbbüsü ilə yenidən əsas bayraq kimi bərpa olunan üçrəngli bayraq 1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sessiyasında onun təşəbbüsü ilə Muxtar Respublikanın dövlət bayrağı kimi qəbul edildi. 1991-ci il oktyabrın 18-də “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktının qəbulundan sonra Azərbaycan Respublikası Cümhuriyyətin varisi kimi onun dövlət rəmzlərini, o cümlədən dövlət bayrağını bərpa etdi.

Diqqətə çatdırılıb ki, Prezident İlham Əliyevin 2009-cu il noyabrın 17-də imzaladığı Sərəncamla Azərbaycanın üçrəngli bayrağının ilk dəfə qəbul edildiyi 9 noyabr tarixi Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü kimi təsis edildi. 2010-cu ildən etibarən noyabrın 9-u Azərbaycanda Dövlət Bayrağı Günü qeyd olunur. Bu gün hər bir azərbaycanlı dövlət bayrağı ilə fəxr edir, onu sevir və uca tutur.

CANLI YAYIM