3000-dən çox "Bayraq könüllüsü" - BDU-da flaşmob

3000-dən çox "Bayraq könüllüsü" - BDU-da flaşmob

9 Noyabr, 13:00 Sosial mediada paylaşın:

Bakı Dövlət Universitetinin tələbələri Dövlət Bayrağı günü münasibətilə fləşmob keçiriblər.

Fləşmobun məqsədi 23 mindən çox tələbənin diqqətini Dövlət Bayraq Gününə yönəltmək və gənclərin vətənpərvərlik ruhda tərbiyəsinə dəstək verməkdir.

3000-dən çox könüllüyə simvolik olaraq "Bayraq könüllüsü" adı verilib. 2000-dən çox pəncərədən Azərbaycanın Dövlət Bayrağı asılıb. Rəsm klubunun fəalları isə 300-dən çox gəncin üzünə Azərbaycan bayrağını çəkərək fləşmoba dəstək veriblər.

Sosial mediada sürətlə paylaşılan fləşmobun rəsmləri və videogörüntüləri böyük marağa səbəb olub.

 

CANLI YAYIM