Mənzillərin sənədləşdirilməsi ilə bağlı son vəziyyət: 280 binaya icazə verildi - REPORTAJ

Mənzillərin sənədləşdirilməsi ilə bağlı son vəziyyət: 280 binaya icazə verildi -REPORTAJ

8 Noyabr, 16:27 Sosial mediada paylaşın:

Çoxmənzilli binaların istismarına icazə verilməsi prosesi davam etdirilir. Proses çərçivəsində siyahı üzrə yaşayış binalarında müayinə aparılır, standartlara uyğun gələn tikililər istismara yararlı hesab olunur. Ölkə üzrə nöqsanları aradan qaldırılan 280 binanın istismarına icazə verilib.

Belə ki, çoxmənzilli binaların istismarına icazə verilməsi üçün bir neçə qaydaya əməl etmək lazımdır. Bunlardan ən əsası həmin binanın tamamilə tikilərək sakinlərin ixtiyarına verilməsidir. Digər qayda isə ondan ibarətdir ki, binada təhlükəsizlik, kommunal xidmətlər və əhalinin rahatlığı təmin edilsin.

Bu ilin yanvar ayında imzalanan fərmana əsasən, paytaxt ərazisində və regionlarda işlərin böyük qismi demək olar ki, yekunlaşdırılıb. Lakin hələ də FHN-in Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin qərərgahında istismarına icazə verilməyən binalarla bağlı müraciətlərə baxılır.

Bugünədək nazirlik tərəfindən 280-dən çox binanın sənədləşdirilməsi uyğun hesab edilib. Bununla yanaşı, sonuncu monitorinqlərin nəticələrinə görə, məqbul hesab olunan tikililər də sənədləşdiriləcək.

Ölkə ərazisində 200-dən çox binada isə bəzi nöqsanlar aşkarlandığından, həmin tikililərin istismarına icazə verilməsi hələlik mümkün olmayıb. Ona görə də aidiyyəti qurumlar tərəfindən qeydə alınan çatışmazlıqların aradan qaldırılması istiqamətində müvafiq tapşırıqlar verilib. Fərmanın icrası 2020-ci ilin yanvarında yekunlaşacaq.

Sabir Bilalov

 

CANLI YAYIM