Bir gün isti, bir gün soyuq... – Xəstəliklərdən özümüzü necə qoruyaq?

8 Noyabr, 12:55 Sosial mediada paylaşın:

Hava şəraitinin qeyri-normal keçməsi mövsümi virusların aktivləşməsinə səbəb olur.

Dəyişkən hava şəraiti bəzən insanlarda həm psixoloji fəsadlar, həm də xəstəliklərlə müşahidə edilir. Bu isə aktiv həyat tərzinə mənfi təsir göstərir.

Oturaq şəraitində çalışanlara, passiv həyat tərzi sürənlərə, həmçinin intellektual əmək sərf edənlərə də bu cür hava şəraiti təsir edir. Fiziki olaraq yaşla bağlı da depressiyaya düşmək olur. Ona görə də ilk növbədə fiziki aktivliyi qorumaq lazımdır. Hər gün hava şəraitindən asılı olmayaraq, azı 1 saata qədər təmiz havada gəzmək mütləqdir.

Azyaşlı uşaqlar və yaşı 50-dən yuxarı olanlarda fəsil dəyişikliyi müəyyən əlamətlərlə özünü göstərir. 5-6 yaşlı uşaqları həmin dövrdə fiziki və emosional yükdən azad etmək lazımdır. 11-14 yaşlı uşaqların oqranizmində hormonal dəyişiklik baş verdiyindən onları fiziki cəhətdən yükləmək məsləhət görülmür.

Vəfa Ağabalayeva