Səhiyyə işçilərinə şad xəbər - Böyük Britaniyaya viza almaq asanlaşacaq

Səhiyyə işçilərinə şad xəbər - Böyük Britaniyaya viza almaq asanlaşacaq

8 Noyabr, 11:05 Sosial mediada paylaşın:


Birləşmiş Krallıq hökuməti səhiyyə sahəsində çalışacaq miqrantlara sürətləndirilmiş viza proseduru tətbiq edəcək.

AZTV.AZ xəbər verir ki, yeni qaydaya əsasən, viza rüsumları yarıya qədər azaldılaraq 464 funt sterlinqə endiriləcək. Habelə miqrantlara əlavə güzəştlərin təklif olunması planlaşdırılır.

Sözügedən qərarın səbəbi “Breksit”dən sonra səhiyyə sektorunda yarana biləcək kadr çatışmazlığının qarşısını almaqdır. Belə ki, Milli Səhiyyə Xidmətində çalışan 1,2 milyon nəfərin təxminən 153 mini britaniyalı deyil.

Hökumətdən bildirilib ki, yeni qaydalar ixtisaslı kadr çatışmazlığı təhlükəsinin qarşısını almaqla yanaşı, həm də miqrasiyaya nəzarət etməyə imkan verəcək.

CANLI YAYIM