Gəncədə Dövlət Bayrağı Günü münasibətilə tədbir

Gəncədə Dövlət Bayrağı Günü münasibətilə tədbir

8 Noyabr, 10:19 Sosial mediada paylaşın:

Gəncə şəhərində 9 noyabr - Dövlət Bayrağı Günü münasibətilə əyləncəli tədbir təşkil olunub.

Dövlət Bayrağı Günü ilə əlaqədar Gəncə şəhər İcra Hakimiyyəti və Yeni Azərbaycan Partiyasının Gəncə şəhər təşkilatının birgə təşkilatçılığı ilə keçirilən tədbirdə Milli Məclisin deputatları - Pərvin Kərimzadə, Naqif Həmzəyev, Gəncə şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Müşfiq Cəfərov və gənclər iştirak edib.

Çıxış edənlər ölkənin əsas atributlarından birinin məhz bayraq olduğunu və bu günün qeyd edilməsinin hər bir azərbaycanlı üçün şərəfli olduğunu vurğulayıblar. Tədbirdə habelə bu üç rəngli bayrağın tezliklə işğal altında olan torpaqlarımızda dalğalanacağına inam bildirilib.

Tədbirdə bütün iştirakçılara dövlət bayrağı paylanılıb və milli atributumuzun təbliği, gənclər arasında vətənpərvərlik hissi və milli-mənəvi dəyərlərin aşılanması məqsədi ilə müxtəlif müsabiqələr keçirilib, qaliblərə mükafatlar verilib.

Tədbir musiqili proqramla davam edib.

CANLI YAYIM