“Efirdə arxasınca danışdıqları müğənniləri öz toylarına çağırırlar” - “Çıxışa doğru”da maraqlı müzakirə

“Efirdə arxasınca danışdıqları müğənniləri öz toylarına çağırırlar” - “Çıxışa doğru”da maraqlı müzakirə

7 Noyabr, 19:00 Sosial mediada paylaşın:

Azərbaycan Televiziyasının “Çıxışa doğru” verilişinin bugünkü mövzusu toy və toy adətləri olub. 

AZTV.AZ xəbər verir ki, verilişin qonaqları – deputat Aqil Abbas və teleaparıcı Kamran Həsənli toylara çağırılan müğənnilərlə bağlı maraqlı çıxış edib.

Aqil Abbas müğənnilərin toya baha qiymətə getməsi məsələsindən danışıb: 

“Biri toyuna 10 müğənni çağırır, sonra giley edir ki, toya 10 min dollara gəlir. Onun qiyməti budur. Sən müğənniyə deyə bilməzsən ki, toya bu qiymətə gəl. Messi futbol oynayıb milyonlar ala bilər, amma müğənni yox?

Onun qiyməti budur, çağırırsan, çağır, çağırmırsan, çağırma. Sonradan söyəcəksənsə, niyə 10 müğənni çağırırsan toyuna?”

Kamran Həsənli isə maraqlı bir fakta toxunub: “O adamlar ki efirdən hansısa müğənninin arxasınca danışırlar, onları danlayırlar, öz toylarına məhz o müğənnini çağırırlar. Belə hal dəfələrlə olub. Məsələn, hansısa ziyalımızı götürək, efirdə deyir ki, filan müğənni nədir, o, nə oxuyur? Amma məhz o ziyalının toy məclisində müğənnini görəndə, deyir ki, nə edəsən ey, camaat onu istəyir”.
 

CANLI YAYIM