Bu gün “Qarabağ” APOEL-in qonağı olacaq

Bu gün “Qarabağ” APOEL-in qonağı olacaq

7 Noyabr, 13:44 Sosial mediada paylaşın:

Noyabrın 7-də UEFA Avropa Liqasının qrup mərhələsinin dördüncü turunun oyunlarına start veriləcək.

AZTV.AZ xəbər verir ki, dördüncü tur çərçivəsində 23 qarşılaşma oynanılacaq. A qrupunda yer alan Ağdamın “Qarabağ” komandası səfərdə Kiprin APOEL klubunun qonağı olacaq. Qrupun digər oyununda “Sevilya” səfərdə Lüksemburqun “Düdelanj” komandası ilə qarşılaşacaq.

Xatırladaq ki, üç turdan sonra aktivində 9 xal olan “Sevilya” A qrupunda liderlik edir. “Qarabağ” 4 xalla ikinci, “Düdelanj” isə 3 xalla üçüncü yerdə qərarlaşıb. Qrupda sonuncu sırada yer alan APOEL-in 1 xalı var.

 

CANLI YAYIM