AzTV rəhbərliyi və əməkdaşları Fəxri xiyabanı və Şəhidlər xiyabanını ziyarət edib

6 Noyabr, 15:54 Sosial mediada paylaşın:

 

“Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin və ölkədə fəaliyyət göstərən bir neçə televiziyanın rəhbər heyəti və kollektivi Milli Televiziya və Radio Günü ilə əlaqədar olaraq Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib.

AZTV.AZ xəbər verir ki, “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin sədri Rövşən Məmmədov, Milli Televiziya və Radio Şurasının sədri Nuşirəvan Məhərrəmli, İctimai Televiziyanın baş direktoru Balaş Qasımov, “Space” Televiziyasının rəhbəri Vaqif Mustafayev, “Real” TV-nin rəhbəri Mirşahin Ağayev və başqaları teleradio əməkdaşları ilə birlikdə ümummilli lider Heydər Əliyevin məzarı önünə gül dəstələri qoyub, Ulu Öndərin xatirəsini ehtiramla anıblar.

Daha sonra televiziya rəhbərləri və əməkdaşları görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın xatirəsini ehtiramla anaraq məzarı üzərinə gül dəstələri qoyublar.

Fəxri xiyabandan sonra Şəhidlər Xiyabanına yollanan teleradio heyəti şəhidlərimizin məzarı önünə gül dəstələri düzüblər. Onlar qanlı 20 Yanvar faciəsində şəhid olan jurnalistlərin məzarını ziyarət ediblər.