Bakıdakı nümunəvi həyətlər: burada idman etmək ödənişsizdir - Vəfa Ağabalayevanın reportajı

Bakıdakı nümunəvi həyətlər: burada idman etmək ödənişsizdir - Vəfa Ağabalayevanın reportajı

6 Noyabr, 11:38 Sosial mediada paylaşın:

Ölkəmizdə həyata keçirilən uğurlu layihələr sırasında “Abad məhəllə”lərin salınması mühüm yer tutur. Belə ki, 2018-2019-cu illərdə 273 nümunəvi həyət yaradılıb, bu ilin sonuna kimi isə daha 15 abad həyət əhalinin istifadəsinə veriləcək.

Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən, baxımsız qalmış həyətlərin abadlaşdırılmasına yönəlmiş “Nümunəvi həyət” layihəsi bu gün paytaxtın, demək olar ki, hər yerində uğurla icra edilir. Məqsəd isə şəhərimizin ekoloji cəhətdən təmiz və abad görkəm alması, yaşıllıqların bərpası, sağlam həyat tərzinin formalaşdırılması, həmçinin sakinlər üçün təhlükəsiz və rahat yaşayış şəraitinin yaradılmasıdır.

Sakinlərin istifadəsinə verilən məhəllələrdə sağlamlıq imkanları məhdud insanların rahat hərəkəti nəzərə alınıb, gənclərin asudə vaxtlarını səmərəli keçirmələri üçün ərazidə mini futbol, şahmat meydançası, idman qurğuları, xüsusi örtüklə döşənmiş uşaq əyləncə mərkəzi quraşdırılıb. Bu isə paytaxtın ekoloji tarazlığına xidmət edir.

“Abad həyət” layihəsinin Bakının bütün rayonlarını əhatə etməsi nəzərdə tutulur. Bununla bağlı paytaxtın abadlaşdırılmaya ehtiyacı olan həyətləri haqqında məlumat və tövsiyyələrin IDEA İctimai Birliyinə təqdim edilməsi xahiş olunur.

Qeyd edək ki, növbəti illərdə də daha 743 nümunəvi həyət sakinlərin istifadəsinə veriləcək.

Vəfa Ağabalayeva

 

CANLI YAYIM