Azərbaycanda ilk: Yorğa atların yarışı keçirilib - VİDEO

Azərbaycanda ilk: Yorğa atların yarışı keçirilib -VİDEO

4 Noyabr, 17:00 Sosial mediada paylaşın:

Binə Atçılıq Mərkəzində mövsümün sonuncu cıdır yarışı keçirilib.

AZTV.AZ xəbər verir ki, yarışlarda müxtəlif at növləri ilə, ümumilikdə 39 çapar bacarığını nümayiş etdirib.

Atçılıq Federasiyasının təşkilatçılığı ilə keçirilən budəfəki yarışda ilk dəfə olaraq yorğa atların qaçışı üzrə çempionat da təşkil edilib. Çempionatda paytaxt və bölgələrdən 50-yə yaxın yorğa at yarışıb.

6 yaş və yuxarı yorğa atların 1600 metr məsafəyə qaçışı ilə başlayan ilk yarışın qalibi Sabirabad sakini Rəhman Nuriyevin "Şimşək" ləqəbli atı olub.

Yorğa çempionatının mükafat fondu 7700, yarışın ümumi mükafat fondu 24 min 500 manat təşkil edib. Yarışların yekununda qalib gələnlərə mükafatlar təqdim edilib.

 

CANLI YAYIM