APOEL - “Qarabağ” oyunun hansı hakimlər idarə edəcək?

4 Noyabr, 15:45 Sosial mediada paylaşın:

UEFA Avropa Liqasının 2019-2020-ci il mövsümünün qrup mərhələsinin dördüncü turu çərçivəsində noyabrın 7-də keçiriləcək APOEL (Kipr) - “Qarabağ” matçına hakim təyinatları açıqlanıb.

AZTV.AZ xəbər verir ki, qarşılaşmanın idarə edilməsi Avstriyadan olan hakimlər briqadasına tapşırılıb. Oyunun baş hakimi Manuel Şüttenqruber olacaq.

Nikosiyadakı “GSP Arena”da stadionunda keçiriləcək matçı Bakı vaxtı ilə saat 21:55-də başlayacaq.

A qrupunun digər oyununda Lüksemburqun “Düdelanj” klubu səfərdə İspaniyanın “Sevilya” komandası ilə görüşəcək.

Üç turdan sonra aktivində 9 xal olan “Sevilya” qrupda liderlik edir. “Qarabağ” 4 xalla ikinci, “Düdelanj” isə 3 xalla üçüncü yerdə qərarlaşıb. Qrupda sonuncu sırada yer alan APOEL-in 1 xalı var.