Noyabrın 2-də Rusiyanın Soçi şəhərində qılıncoynatmanın sablya növü üzrə dünya kubokunun mərhələ yarışlarına start verilib.
Turnirdə Azərbaycanı Aysel Əhədova təmsil edir.
Qeyd edək ki, noyabrın 3-də yekun vurulacaq yarışa 9 ölkədən 40 qadın idmançı qatılıb.