İki cüdoçumuz Avropa birinciliyində mübarizəyə qoşulur

İki cüdoçumuz Avropa birinciliyində mübarizəyə qoşulur

2 Noyabr, 11:25 Sosial mediada paylaşın:

Rusiyanın İjevsk şəhərində 23 yaşadək cüdoçular arasında Avropa birinciliyi davam edir.

AZƏRTAC xəbər verir ki, yarışın ikinci günündə cüdoçularımızdan Rəşid Məmmədəliyev (73 kq) bolqarıstanlı Rumen Radev, Hasil Cəfərov (81 kq) isə xorvat Damian Sokoloviçlə mübarizə aparacaqlar.

Qeyd edək ki, çempionatın birinci günü Azərbaycan milli komandası aktivinə bir medal yazdırıb. Belə ki, 66 kiloqram çəki dərəcəsində mübarizə aparan gənc cüdoçumuz Nurlan Osmanov qitə birinciliyinin gümüş medalını qazanıb.

Avropa birinciliyində 33 ölkədən 235 idmançı (135 kişi, 100 qadın) mübarizə aparır. Ölkəmiz yarışda 9 cüdoçu ilə təmsil olunur.

CANLI YAYIM