Rusiyada Nəsimiyə həsr olunmuş elmi konfrans: Leyla Əliyeva da iştirak edib

Rusiyada Nəsimiyə həsr olunmuş elmi konfrans: Leyla Əliyeva da iştirak edib

1 Noyabr, 15:45 Sosial mediada paylaşın:

Rusiya Elmlər Akademiyasında dahi Azərbaycan şairi və mütəfəkkiri İmaməddin Nəsimin 650 illik yubileyi çərçivəsində “Nəsimi poeziyası – insana himn: Şərqin və Qərbin mənəvi-mədəni dəyərlərinin sintezi” mövzusunda beynəlxalq elmi konfrans keçirilib.

AZTV.AZ xəbər verir ki, Heydər Əliyev Fondu, Rusiya Fəlsəfə Cəmiyyəti və Azərbaycanın Rusiyadakı səfirliyinin təşkilatçılığı ilə keçirilən konfransın açılışında Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva, Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu, Rusiya Fəlsəfə İnstitutunun direktoru Andrey Smirnov, Rusiya Elmlər Akademiyası Fəlsəfə İnstitutunun elmi rəhbəri Abdulsalam Hüseynov, Azərbaycan Milli Elmlər Akademiyası Fəlsəfə İnstitutunun direktoru İlham Məmmədzadə və digərləri çıxış ediblər.

Çıxışlarda Nəsimi ideyaları və hürufilik: anlayış məsələləri və müasir interpretasiya barədə müzakirələr aparılıb. Konfransın işində müxtəlif ölkələrdən, o cümlədən Rusiya, Azərbaycan, ABŞ, İran, Türkiyə, Finlandiya, Özbəkistan alimləri iştirak edib.

CANLI YAYIM