Milli Oftalmologiya Mərkəzinin Avtomobil Səyyar Klinikası Gədəbəy rayonunda tibbi aksiya keçirəcək

Milli Oftalmologiya Mərkəzinin Avtomobil Səyyar Klinikası Gədəbəy rayonunda tibbi aksiya keçirəcək

26 İyun, 10:57 Sosial mediada paylaşın:

Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin Avtomobil Səyyar Klinikası iyunun 26-27-də Gədəbəy rayonunda tibbi aksiya keçirəcək.

Mərkəzin elmi-məlumat, tədris və təşkilati-metodik bölməsindən bildiriblər ki, akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin Səyyar Klinikası Gədəbəy Mərkəzi Rayon Xəstəxanasında və Heydər Əliyev Mərkəzində sakinlərə tibbi xidmət göstərəcək. Aksiyada məqsəd operativ şəkildə pasiyentləri müayinə-müalicə, hətta cərrahi əməliyyat etməkdir. Eyni zamanda, göz xəstəlikləri ilə bağlı monitorinqlər aparmaq, əldə olunan nəticələri müzakirə və həll etməkdir.

Qeyd edək ki, hazırda dünyada 7 milyard insandan 300 milyonu müxtəlif göz problemlərindən, 40 milyondan çoxu isə korluqdan əziyyət çəkir. Bu rəqəm hər il 45 mindən başlayaraq həndəsi silsilə ilə artmaqda davam edir. Vaxtında müayinə və müalicə etməklə korluq hallarının 80 faizinin qarşısını almaq mümkündür. Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzi respublikada korluğun qarşısının alınması üçün tədbirlər görür.

CANLI YAYIM