Azərbaycan “World Travel Awards 2020”də təmsil olunur

31 Oktyabr, 13:55 Sosial mediada paylaşın:

“World Travel Awards 2020” Beynəlxalq turizm mükafatının finalı Moskvada keçiriləcək.

Bu barədə Rusiya paytaxtı merinin müavini Natalya Serqunina jurnalistlərə bildirib. Müsabiqənin finalının keçiriləcəyi vaxt barədə əlavə məlumat veriləcək.

“World Travel Awards” mükafatı 1993-cü ildən təqdim edilir. Müsabiqə çərçivəsində dünyanın müxtəlif ölkələrindən, o cümlədən Azərbaycandan otellər, aviaşirkətlər, turizm operatorları, kurort şəhərləri 80 nominasiyada mükafat uğrunda mübarizə aparırlar.