Filipp Kirkorov AzTV-də: “Məni burada nə qədər çox sevdiklərini bilirəm”

31 Oktyabr, 11:22 Sosial mediada paylaşın:

Paytaxtımızda konsert proqramı ilə çıxış edən Rusiyanın Xalq artisti Filipp Kirkorov Azərbaycan Televiziyasının qonağı olub, ölkəmiz haqqında öz təəssüratlarını bölüşüb.

AZTV.AZ xəbər verir ki, o, Bakı konserti üçün ciddi hazırlaşdığını dilə gətirib: “Bakıya 5-6 dəfə gəlməyimə baxmayaraq, Azərbaycan Televiziyasında ilk dəfə qonaq oldum. Budəfəki zal “Kristal Hall”dan balaca olsa da, konsert 2 gün davam edəcək. 2 super anşlaq və 2 premyera olacaq. 3 saata yaxın şou, dekorasiyalar, kostyumlar... Eksklüziv qonağım Aygün Kazımova ilə birlikdə sürpriz hazırlamışıq. Çox maraqlı məqamlar olacaq və hər zaman olduğu kimi Bakıya ciddi hazırlaşaraq gəlmişəm. Bu, mənim üçün sırf qastrol deyil, böyük məsuliyyətdir. Çünki bilirəm ki, məni burada nə qədər çox sevirlər və gözləyirlər. Bu sevgi qarşılıqlıdır”.

 

Fotolar Rüstəm Fərmanoğlunundur