Prezident İlham Əliyev Avropa İttifaqının xüsusi nümayəndəsini qəbul edib

Prezident İlham Əliyev Avropa İttifaqının xüsusi nümayəndəsini qəbul edib

30 Oktyabr, 15:19 Sosial mediada paylaşın:

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 30-da Avropa İttifaqının Cənubi Qafqaz və Gürcüstan böhranı üzrə xüsusi nümayəndəsi Toivo Klaarın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

AZTV.AZ xəbər verir ki, görüşdə dövlət başçısı Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Azərbaycanın mövqeyini bir daha çatdıraraq, münaqişənin yalnız Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll edilməli olduğunu vurğulayıb.

Söhbət zamanı Azərbaycan-Avropa İttifaqı əlaqələri haqqında fikir mübadiləsi aparılıb.

CANLI YAYIM