Qəbələdə yeni iş yerləri yaradılıb: qadınların məşğulluğu artırılır - VİDEO

Qəbələdə yeni iş yerləri yaradılıb: qadınların məşğulluğu artırılır -VİDEO

30 Oktyabr, 11:40 Sosial mediada paylaşın:

Regionların sosial infrastrukturunun və əhalinin rifahının daha da yaxşılaşdırılması istiqamətində dövlətin həyata keçirdiyi siyasət uğurla davam etdirilir. Prezident İlham Əliyevin Qəbələ rayonuna səfəri zamanı açılışlarında iştirak etdiyi yeni yol infrastrukturunun yaradılması, şəhərin içməli su təchizatı və kanalizasiya sistemlərinin istifadəyə verilməsi və rayon əhalisinin məşğulluğunun təmin olunması məqsədilə yaradılan müəsissələr bunu bir daha sübut edir.

Təbii ki, regionların sosial infrastrukturunun yenilənməsi, sakinlərin rifah halının daha da yaxşılaşdırılması dövlətin əsas prioritetlərindəndir. Məhz bu məqsədlə ölkə başçısının tapşırığı ilə ölkə üzrə mühüm layihələr reallaşdırılır. Sakinlər üçün yaradılan şəraiti isə prezident İlham Əliyev birbaşa nəzarətdə saxlayır.

“Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin Qəbələ filialının yaradılmasında əsas məqsəd bölgədə, xüsusilə qadınların məşğulluğunun artırılmasıdır.

Emalatxanada çalışanlar deyirlər ki, bu filial fəaliyyətə başlayandan onların həyat şəraiti daha da yaxşılaşıb.

Yeni iş yerlərinin yaradılması ilə bərabər sakinlər üçün sosial infrastrukturun da yenilənməsi vacib amillərdəndir və bu gün regionların sosial infrastrukturu kifayət qədər yaxşılaşdırılıb.

CANLI YAYIM