Gəncədə veloyürüş: aztəminatlı ailələrin uşaqlarına velosiped hədiyyə olundu - VİDEO

Gəncədə veloyürüş: aztəminatlı ailələrin uşaqlarına velosiped hədiyyə olundu - VİDEO

28 Oktyabr, 16:10 Sosial mediada paylaşın:

Gəncədə insanların sağlam həyat tərzinin təbliği məqsədilə velosiped yürüşü keçirilib. Veloyürüşdə Gəncə sakinləri ilə yanaşı, digər şəhər və rayonlardan gələn vətəndaşlar da iştirak edib. Yürüşləri izləyənlər arasında Azərbaycan Televiziyasının əməkdaşı Vəfa Ağabalayeva da olub.

AZTV.AZ xəbər verir ki, “Regional İnkişaf” İctimai Birliyi, Gəncə Şəhər İcra Hakimiyyəti, Azərbaycan Velosiped İdman Federasiyası və “Gəncə-2019-cu ilin Avropa İdman Şəhəri” layihəsinin birgə təşkilatçılığı ilə keçirilən veloyürüşün məqsədi sağlam həyat tərzinin təbliği, regionlarda velosiped idmanını inkişaf etdirməkdir.

Budəfəki veloyürüşdə fiziki məhdudiyyəti olan şəxslər də iştirak edib.

Dəmiryolu vağzalının önündən start götürən veloyürüşə 1000 nəfərdən çox iştirakçı qoşulub. Yürüş Gəncə şəhər İcra Hakimiyyətinin önünədək davam edib.


Finişdə Gəncə şəhərində aztəminatlı ailələrdən olan məktəblilərə velosiped hədiyyə olunub. Veloyürüş layihəsi çərçivəsində ümumilikdə aztəminatlı ailələrdən olan 100 uşağa velosiped hədiyyə edilib.

Xatırladaq ki, Gəncə eyni zamanda 2019-cu ilin Avropa İdman Şəhəri elan edilib. Bu titulu MDB ölkələri arasında ilk dəfə Gəncə şəhəri qazanıb.

Vəfa Ağabalayeva

CANLI YAYIM