İtaliyalı senatorlar Qəbələ, Şəki və Qax rayonlarında olublar

İtaliyalı senatorlar Qəbələ, Şəki və Qax rayonlarında olublar

24 Oktyabr, 12:47 Sosial mediada paylaşın:

Milli Məclisin dəvəti ilə Azərbaycanda səfərdə olan İtaliya Senatının Xarici əlaqələr komitəsinin sədri Vito Petroçelli və senator Canluka Ferrara ölkənin şimal-qərb bölgəsində olublar.

AZTV.AZ xəbər verir ki, Azərbaycan-İtaliya parlamentlərarası İşçi qrupunun rəhbəri Azər Kərimlinin və Azərbaycanın İtaliyadakı səfiri Məmməd Əhmədzadənin müşayiəti ilə Qəbələ, Şəki və Qax rayonlarında səfərdə olan senatorlar hər üç rayonu gəziblər.

Şəhərlərlə tanış olan qonaqlar Qəbələdə şərabçılıq müəssisəsində, turizm obyektlərində olublar. İtaliya rəsmiləri eyni zamanda Şəkidə Xan sarayına, qədim Karvansaraya, o cümlədən Şəki İpək ASC-yə gedərək, yerli turizm potensialı ilə tanış olublar.

Qaxda isə rayon icra başçısı Musa Şəkiliyevin müşayiəti ilə italiyalı senatorlar bölgəni hərtərəfli müşayət ediblər. Belə ki, onlar Heydər Əliyev Mərkəzi ilə tanışlıqdan sonra Qaxın Qum kəndində V əsrə aid Alban məbədi, məscid, eyni zamanda gürcü kilsəsinə də baş çəkiblər. “İçəri bazar” adlı tarixi məkanla tanış olan senatorlar rayonda yeni salınmış infrastrukturlarla, parklarla tanış olublar. Senatorlar Azərbaycanı multikulturalizm məkanı kimi yüksək dəyərləndiriblər. Onlar Qax rayonunu bu mənada nümunə göstəriblər. M.Şəkiliyev Qaxda müxtəlif millətlərin birgəyaşayışı ilə qonaqları tanış edib. Komitə sədri V.Petroçelli İlisunu gəzərkən özünü Alp dağlarında zənn etdiyini bildirib. O, ümumiyyətlə Qaxın Alp dağlarının ətəklərində yerləşən şəhərlərlə oxşar olduğuna diqqət çəkib. Senatorlar bildiriblər ki, yol boyu gördükləri yeniliklər, infrastrukturun inkişafı onlarda maraqlı təəssürat yaradıb.

İtaliyalı qonaqlar Azərbaycana səfəri zamanı parlament, Xarici İşlər Nazirliyi və digər qurumların rəhbərliyi ilə görüşüblər.

CANLI YAYIM