Bu gün "Qarabağ" APOEL-i qəbul edəcək

24 Oktyabr, 10:30 Sosial mediada paylaşın:

UEFA Avropa Liqasının qrup mərhələsinin üçüncü turunda "Qarabağ"la APOEL komandaları arasında Bakıda keçirəcək oyundan əvvəl təşkil olunmuş mətbuat konfransında baş məşqçilər bu fikirləri söyləyiblər.

 “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov: "Bizim üçün hər oyun vacibdir. Hamımız qələbə gözləyirik. Həmişə çalışırıq ki, intizamlı oynayaq. Pis hazırlaşmamışıq. Çalışacağıq ki, ən yaxşı oyunlarımızdan birini keçirək".

APOEL-in baş məşqçisi Tomas Doll: “Qarabağ”la avqustdakı matçımız final əhəmiyyətli idi. Bu gün də xala ehtiyacımız var. Nə etməli olduğumuzu bilirik".

Xatırladaq ki, bu gün Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək oyun Bakı vaxtı ilə saat 20:55-də başlayacaq.