“ASAN qatar” Ağstafada

“ASAN qatar” Ağstafada

23 Oktyabr, 12:05 Sosial mediada paylaşın:

Dövlət başçısının tapşırığı əsasında “ASAN xidmət” mərkəzlərinin olmadığı regionlarda vaxtaşırı vətəndaşların dövlət xidmətləri ilə təmin edilməsi üçün müasir texniki avadanlıqla təchiz edilən “ASAN qatar” fəaliyyət göstərir. ASAN Qatarın növbəti dayanacağı Ağstafa rayonudur.

AZTV.AZ-ın xəbərinə görə, artıq iyirmi günə yaxındır ki, ASAN Qatar Ağstafada vətəndaşlara xidmət göstərir. Burada Ədliyyə, Daxili İşlər, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirlikləri və Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən təkilf olunan xidmətlərdən Ağstafa ilə yanaşı Şəmkir, Tovuz və Qazax rayonlarının sakinləri də faydalanır. “ASAN qatar”a üz tutanlar əsasən şəxsiyyət vəsiqəsi və ümumvətəndaş pasportlarının alınması, eləcə də digər xidmətlərlə yanaşı, “ASAN laboratoriya”da qan analizləri üçün də müraciət edirlər.

ASAN xidmət konsepsiyasında könüllülərin də öz missiyası var desək, yanılmarıq. Vətəndaş məmnunluğunun təmininə hesablanan bu missiyanı həyata keçirən könüllülərin işi “ASAN Qatar”da da az deyil.

Bugünədək burada təklif olunan xidmətlərdən istifadə edənlərin sayı 3000 nəfərdən çoxdur. “ASAN qatar” hələ noyabr ayının 2-dək Ağstafada olacaq.

 

CANLI YAYIM