Doqquz ayda dəmir yolu ilə 5,2 milyon ton yük daşınıb

Doqquz ayda dəmir yolu ilə 5,2 milyon ton yük daşınıb

23 Oktyabr, 11:21 Sosial mediada paylaşın:

Cari ilin yanvar-sentyabr aylarında dəmir yolu nəqliyyatı ilə 5 milyon 261 min 318 ton yük daşınıb ki, bu yüklərin dəyəri 2 milyard 260 milyon 882 min ABŞ dolları olub.

Dövlət Gömrük Komitəsindən verilən məlumata görə, 9 ayda dəmir yolu nəqliyyatı ilə ixrac olunan 1 milyon 669 min 809 ton yükün dəyəri 520 milyon 592 min dollar təşkil edib.

Eyni dövrdə bu nəqliyyat növü ilə idxal edilən yüklərin həcmi 3 milyon 591 min 508 ton, dəyəri isə 1 milyard 740 milyon 290 min dollar olub.

CANLI YAYIM