Bakıda Qoşulmama Hərəkatının Nazirlər Görüşü keçirilir

Bakıda Qoşulmama Hərəkatının Nazirlər Görüşü keçirilir

23 Oktyabr, 10:21 Sosial mediada paylaşın:

Oktyabrın 23-də Bakıda Qoşulmama Hərəkatının Nazirlər Görüşü işə başlayıb.

AZTV.AZ xəbər verir ki, tədbirdə çıxış edən Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarov BMT-dən sonra ikinci böyük təşkilat olan Qoşulmama Hərəkatının beynəlxalq sülhə verdiyi mühüm töhfələrdən danışıb. Bildirib ki, Azərbaycan 2011-ci ildən Qoşulmama Hərəkatının üzvüdür.

Nazir vurğulayıb ki, Azərbaycan sosial ədalətə söykənən siyasət həyata keçirir. Azərbaycan ilk dəfə olaraq Qoşulmama Hərəkatının Gənclər Forumunun keçirilməsi təklifini irəli sürüb. O qeyd edib ki, enerji təhlükəsizliyi, ətraf mühit və digər sahələrdə əməkdaşlıq daha da gücləndirilməlidir. Azərbaycan beynəlxalq mədəniyyətlərarası dialoqun mərkəzi olmaqda davam edir. Ermənistan-Azərbaycan Dağlıq Qarabağ məsələsinə toxunan Elmar Məmmədyarov deyib ki, münaqişə regional sülhə böyük təhlükə yaradır.

CANLI YAYIM