Parlament seçkilərində Castin Trüdonun partiyası qələbə qazandı

Parlament seçkilərində Castin Trüdonun partiyası qələbə qazandı

22 Oktyabr, 11:56 Sosial mediada paylaşın:

Kanadada keçirilmiş parlament seçkilərində Baş nazir Castin Trüdonun rəhbərlik etdiyi Liberallar partiyası qalib gəib.

AZTV.AZ xarici KİV-ə istinadla xəbər verir ki, seçicilərin 33%-i adıçəkilən partiyanı dəstəkləyib. Liberallar 338 seçki dairəsindən 156-da qələbə qazanıblar. Lakin qalib partiya hökuməti təkbaşına formalaşdıra bilməyəcək. Bunun üçün liberallar 170 mandat əldə etməli idi.

Seçkilərdə ikinci yerdə Endryu Şirin rəhbərlik etdiyi Mühafizəkarlar partiyası qərarlaşıb. Adıçəkilən partiya 122 dairədə seçicilərin dəstəyini qazanıb. Kvebek bloku 8% səslə 32 seçki dairəsində, Yeni Demokratik Partiya isə 15% səslə 24 dairədə üstünlük əldə edib.

CANLI YAYIM