Həftəsonu ölkə ərazisində leysan yağacaq

Həftəsonu ölkə ərazisində leysan yağacaq

19 Oktyabr, 14:50 Sosial mediada paylaşın:

Ölkə ərazisində oktyabrın 20-nə gözlənilən hava proqnozu açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən AZTV.AZ-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasının bəzi yerlərində zəif duman olacağı, yağış yağacağı gözlənilir. Gündüz hava dəyişkən buludlu, əsasən yağmursuz olacaq. Gün ərzində mülayim şimal-qərb küləyi əsəcək. Havanın temperaturunun Abşeron yarımadasında gecə 15-17°, gündüz 21-25° isti, Bakıda gecə 15-17°, gündüz 22-24° isti olacağı gözlənilir. Atmosfer təzyiqi normadan yüksək - 766 millimetr civə sütunu, nisbi rütubət gecə 75-85, gündüz 55-65 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarının bəzi yerlərində şimşək çaxacağı, arabir yağış yağacağı, ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 12-17°, gündüz 21-26° isti, dağlarda gecə 6-11°, gündüz 13-18° isti olacağı ehtimal edilir.

CANLI YAYIM