Moskvada Bakı-Tbilisi-Qars dəmir yolu xətti ilə yükdaşımalara dair müzakirələr aparılıb

Moskvada Bakı-Tbilisi-Qars dəmir yolu xətti ilə yükdaşımalara dair müzakirələr aparılıb

24 İyun, 12:54 Sosial mediada paylaşın:

Rusiyanın paytaxtı Moskvada Azərbaycan və Rusiya dəmir yolları idarələrinin nümayəndələri arasında görüş keçirilib.

“Azərbaycan Dəmir Yolları” QSC-nin İctimaiyyətlə əlaqələr şöbəsindən bildirilib ki, görüşdə Rusiya ərazisindən keçməklə Çin, Yaponiya və Koreya Respublikasından yüklərin Transsibir magistralı ilə Azərbaycana, buradan isə Bakı-Tbilisi-Qars dəmir yolu xətti ilə Türkiyə istiqamətində daşınması məsələsi müzakirə edilib. Tərəflər daşıma mexanizmləri, həmçinin Bakı-Tbilisi-Qars dəmir yolu xətti ilə daşınan yüklərin həcminin artırılması məsələsini diqqət mərkəzində saxlayıblar.

CANLI YAYIM