Müdafiə Nazirliyinin tabeliyində olan bütün hərbi hissələrdə “Açıq qapı” günü keçirilib

Müdafiə Nazirliyinin tabeliyində olan bütün hərbi hissələrdə “Açıq qapı” günü keçirilib

24 İyun, 10:00 Sosial mediada paylaşın:

İyunun 22-də Silahlı Qüvvələr Günü ərəfəsində hərbi hissələrdə “Açıq qapı” günü keçirilib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, nazirliyin tabeliyində olan bütün hərbi hissələrdə keçirilən tədbirlərdə qonaqlar şəxsi heyət üçün yaradılan yaşayış, məişət şəraiti ilə tanış olub, xidməti, inzibati binalara, əsgər yataqxanaları və yeməkxanalara baş çəkiblər.

Hərbi hissələrin komandanlığının valideynlərlə təşkil olunan görüşlərində, onları maraqlandıran məsələlərin müzakirəsi aparılıb və sualları cavablandırılıb. Təqdim edilən konsert proqramlarından sonra hərbçilər və qonaqlar üçün bayram süfrələri təşkil olunub.

CANLI YAYIM