Müdafiə naziri həmsədrlərlə cəbhədəki son vəziyyəti müzakirə edib

Müdafiə naziri həmsədrlərlə cəbhədəki son vəziyyəti müzakirə edib

17 Oktyabr, 16:24 Sosial mediada paylaşın:

Oktyabrın 17-də Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov ölkəmizdə səfərdə olan ATƏT-in Minsk qrupunun həmsədrləri İqor Popov (Rusiya), Endrü Şofer (ABŞ), Stefan Viskonti (Fransa) və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anji Kaspşik ilə görüşüb.

AZTV.AZ Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadla xəbər verir ki, görüşdə qoşunların təmas xəttində, Ermənistan-Azərbaycan dövlət sərhədi, xüsusilə cəbhənin Qazax istiqamətindəki son vəziyyət və Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı danışıqların hazırkı vəziyyəti və perspektivləri müzakirə edilib.

CANLI YAYIM