“Sülh çeşməsi”ndə 673 terrorçu zərərsizləşdirilib

“Sülh çeşməsi”ndə 673 terrorçu zərərsizləşdirilib

17 Oktyabr, 14:39 Sosial mediada paylaşın:

Türkiyə silahlı qüvvələrinin Suriya ərazisində həyata keçirdiyi “Sülh çeşməsi” əməliyyatı 8 gündür ki, davam edir.

Anadolu Agentliyinin məlumatına görə, türk ordusu terror qruplaşmalarına aid 1 pilotsuz uçan aparatı vurub. Eyni gündə 1 reaktiv yaylım atəş sistemi və çox sayda tank əleyhinə raket hərbi qənimət kimi ələ keçirilib. Türk istehkamçılar azad edilmiş ərazilərdə minatəmizləmə və yoxlama əməliyyatlarını davam etdirir. Terrorçuların sığınacaqlarından çox sayda silah-sursat toplanıb. Türkiyə Milli Müdafiə Nazirliyi əməliyyat başlayandan bu günədək 673 terrorçunun zərərsizləşdirildiyini və 1200 kvadrat kilometr ərazinin terror qruplaşmalarından təmizləndiyini xəbər verir.

CANLI YAYIM