Türkiyə səfiri: Azərbaycan, Türkiyə və Gürcüstan son 25 ildə uğurlu layihələr həyata keçirib

Türkiyə səfiri: Azərbaycan, Türkiyə və Gürcüstan son 25 ildə uğurlu layihələr həyata keçirib

21 İyun, 14:53 Sosial mediada paylaşın:

Azərbaycan, Türkiyə və Gürcüstan son 25 ildə çox mühüm əhəmiyyət kəsb edən layihələr həyata keçiriblər. Bu layihələr təkcə bizim ölkələrin deyil, dünyanın iqtisadi inkişafında mühüm rol oynayır.

Bu sözləri Türkiyənin Gürcüstandakı səfiri Fatma Ceren Yazqan iyunun 21-də Tbilisidə keçirilən 8-ci “Caspian Energy Forum”dakı çıxışında deyib.

Səfir deyib ki, Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Tbilisi-Ərzurum qaz kəmərləri, Bakı-Tbilisi-Qars dəmir yolu və digər regional layihələr hazırda təkcə bu regionun deyil, Avropanın inkişafında mühüm rol oynayır. "Biz əvvəl bu layihələri həyata keçirərkən Çini və digər bəzi inkişaf etmiş dövlətləri nəzərə almamışdıq. Amma bu gün Çin və digər böyük dövlətlərin bu layihəyə qoşulması bizim birgə səylərimizin və gördüyümüz işlərin necə böyük əhəmiyyətə malik olduğunu sübut edir", - deyə səfir bildirib.

Onun sözlərinə görə, layihələrin daha böyük gəlir gətirməsi, xalqlarımızın rifah halının yaxşılaşmasına təkan verməsi üçün təhlükəsizlik məsələlərinə xüsusi diqqət yetirilməlidir. Digər tərəfdən insan kapitalı diqqət mərkəzində olmalıdır.

"İnsan kapitalının inkişafı xalqlarımızın və dövlətlərimizin inkişafı üçün böyük fayda gətirəcək" - deyə, diplomat vurğulayıb.

CANLI YAYIM