165 məktəb xüsusi nəzarətə götürüldü

165 məktəb xüsusi nəzarətə götürüldü

15 Oktyabr, 15:28 Sosial mediada paylaşın:

Məktəblərdə keçirilən qiymətləndirməyə uyğun olaraq, 165 təhsil müəssisəsi inkişaf etdirilmək üçün xüsusi nəzarətə götürülüb.

“Bakı təhsili: uğurlar və hədəflər” mövzusundakı konfransda bu barədə məlumat verilib. Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Rəşad Tağıyev bildirib ki, fənlər üzrə şagirdlərin təlim nəticələrinin təhlili aparılıb və məktəblərə müvafiq təkliflər verilib. Təhsil nazirinin müavini Məhəbbət Vəliyeva, Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin sədr müavini Mirzə Cəfərzadə və digərləri əldə olunan uğurlar, görüləcək işlərdən danışıblar.

Vurğulanıb ki, yeni dərs ilində tədrisin təşkili və məktəblərin ümumi fəaliyyəti baxımından səmərəliliyin artırılması, rəqabətliliyin genişləndirilməsi və digər mühüm istiqamətlər əsas götürüləcək.

CANLI YAYIM