Tələbələrdən “Qarabağ Azərbaycandır!” aksiyası - FOTOLAR

Tələbələrdən “Qarabağ Azərbaycandır!” aksiyası - FOTOLAR

15 Oktyabr, 13:42 Sosial mediada paylaşın:

Qərbi Kaspi Universitetinin tələbələri "Qarabağ Azərbaycandır!" aksiyasını davam etdirir.

Tələbələr Şəhidlər Xiyabanını ziyarət edib, prezident İlham Əliyevin “Valday” Beynəlxalq Diskussiya Klubunda Ermənistan baş nazirinə cavab olaraq səsləndirdiyi “Qarabağ tarixi əzəli Azərbaycan torpağıdır. Beləliklə, Qarabağ Azərbaycandır və nida işarəsi” bəyanatına növbəti dəfə dəstək ifadə ediblər.

Aksiyanın məqsədi Qarabağın əzəli Azərbaycan torpağı olması faktını beynəlxalq ictimaiyyətin diqqətinə bir daha sosial şəbəkələr vasitəsilə çatdırmaqdan ibarətdir. Tələbələr aksiyanın fotolarını #Karabakh #AllforKarabakh #KarabakhisAzerbaijan haştaqları ilə sosial şəbəkələrdə paylaşırlar.

CANLI YAYIM