Siyahıya alınmayan vətəndaşlar nə etməlidir?

Siyahıya alınmayan vətəndaşlar nə etməlidir?

15 Oktyabr, 13:36 Sosial mediada paylaşın:

Oktyabrın 1-dən 10-dək ölkəmizdə əhalinin siyahıya alınması aparıldı. Lakin müxtəlif səbəblərdən bu prosesdə iştirak edə bilməyən vətəndaşlar da olub. Onlar hələ də müraciət edərək siyahıya alına bilərlər. Bu məqsədlə Dövlət Statistika Komitəsində “Qaynar xətt” yaradılıb.

Əhalinin siyahıya alınması rəsmi olaraq 10 oktyabrda başa çatdı. Lakin siyahıyaalmanı həyata keçirən sayıcılar bəzi hallarda getdikləri ünvanlarda ailə üzvləri ilə görüşə bilməyiblər. Ona görə də sayıcılar tərəfindən həmin vətəndaşlara təkrar müraciət ediləcək.

Vətəndaşlar həmçinin, könüllü olaraq Statistika Komitəsinə müraciət edərək siyahıyaalınmada iştirak edə bilərlər.

Siyahiyaalma məlumatlarının emalı, məcmuələrin nəşri və istifadəçilərə çatdırılması 2022-ci ilin birinci yarısınadək başa çatdırılacaq.

Sabir Bilalov

 

CANLI YAYIM