Azərbaycan Prezidenti Yaponiyanın Baş Nazirinə başsağlığı verib

Azərbaycan Prezidenti Yaponiyanın Baş Nazirinə başsağlığı verib

15 Oktyabr, 11:58 Sosial mediada paylaşın:

Azərbaycan Prezidenti İlham Əliyev Yaponiyanın Baş Naziri Şinzo Abeyə başsağlığı verib.

Başsağlığında deyilir:

“Hörmətli cənab Baş Nazir,

Ölkənizdə baş vermiş “Hagibis” tufanı nəticəsində çoxsaylı insan tələfatı və dağıntılar barədə xəbər məni olduqca kədərləndirdi.

Baş vermiş bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, bütün Yaponiya xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananlara və xəsarət alanlara şəfa diləyirəm”.

CANLI YAYIM