AQTA ilə Polşanın dövlət qurumu arasındakı memorandum təsdiqlənib

AQTA ilə Polşanın dövlət qurumu arasındakı memorandum təsdiqlənib

14 Oktyabr, 16:50 Sosial mediada paylaşın:

Prezident İlham Əliyev Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) ilə Polşanın Bitki Mühafizəsi və Toxumçuluq üzrə Dövlət Müfəttişliyi arasında fitosanitar sahədə Anlaşma Memorandumunun təsdiq edilməsi haqqında Fərman imzalayıb.

AZTV.AZ xəbər verir ki, Fərmanda Anlaşma Memorandumu qüvvəyə mindikdən sonra AQTA-ya onun müddəalarının həyata keçirilməsini təmin etmək tapşırılıb.

Xarici İşlər Nazirliyi isə Anlaşma Memorandumunun qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Polşa Respublikası Hökumətinə bildiriş göndərməlidir.

CANLI YAYIM