Türk Şurası ölkələrinin Xarici İşlər nazirləri Bakıya toplaşıb - VİDEO

Türk Şurası ölkələrinin Xarici İşlər nazirləri Bakıya toplaşıb - VİDEO

14 Oktyabr, 10:48 Sosial mediada paylaşın:

Bu gün Bakıda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası (Türk Şurası) ölkələrinin Xarici İşlər nazirlərinin iclası keçirilir.

AZTV.AZ xəbər verir ki, ilk dəfə olaraq Özbəkistan Türk Şurasının tamhüquqlu üzvü kimi iclasda iştirak edir.

Qeyd edək ki, Türk Şurası 2009-cu il oktyabrın 3-də Naxçıvanda yaradılıb. Şuranın məqsədi üzv dövlətlər arasında hərtərəfli əməkdaşlığı inkişaf etdirməkdir.

Türk Şurasına Azərbaycan, Türkiyə, Qazaxıstan, Özbəkistan və Qırğızıstan daxildir.

Təşkilat yaranandan bəri üzv ölkələrin liderlərinin altı iclası baş tutub.

CANLI YAYIM