Birinci vitse-prezident: “Şahmatçımızın qalib olması hər birimizə ancaq qürur və sevinc hissi yaşada bilər”

Birinci vitse-prezident: “Şahmatçımızın qalib olması hər birimizə ancaq qürur və sevinc hissi yaşada bilər”

13 Oktyabr, 16:40 Sosial mediada paylaşın:

Yeniyetmə şahmatçımız Aydın Süleymanlının Hindistanda 14, 16 və 18 yaşlı oğlanlar və qızlar arasında keçirilən şahmat üzrə dünya çempionatının qalibi olması xəbəri hər birimizə ancaq qürur və sevinc hissi yaşada bilər.

AZTV.AZ xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın rəsmi “Instagram” səhifəsində qeyd edilir.

Paylaşımda deyilir:

"Dünya çempionu titulu uğrunda yarışlarda qələbə qazanmağı münasibətilə Aydını ürəkdən təbrik edir, ona yeni-yeni nailiyyət və qələbələr arzulayıram!"

CANLI YAYIM